Forumlar
- Ana səhifə
- Forumlar
Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Forumu
COP29 çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti (BDU), Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində texnologiya transferi, ekoloji layihələrin yazılması, tədqiqat metodları, yaşıl texnologiyaların transferi və yaşıl sahibkarlıq mövzularında təlimlər təşkil olunub. Bu təlimlərdə iştirakçılar ekoloji problemlərin həllinə yönəlmiş müasir yanaşmalar və innovativ həllər barədə məlumat əldə ediblər.
Layihənin əsas məqsədi su qıtlığı, torpaqların şoranlaşması və meşə fondunun azalması kimi ekoloji problemlərin həlli üçün sosial maarifləndirməni artırmaq və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Bu məqsədlə yaradılan "Yaşıl Dialoq Forumu" hökumət nümayəndələri, özəl sektor ekspertləri və akademik dairələri bir araya gətirərək, ekoloji məsələlərin müzakirəsi və həlli üçün illik platforma rolunu oynayacaq.

Yaşıl Dialoq forumunun başlamasına geri sayım başlamışdır.
Gün
Saat
Dəqiqə
Saniyə
Münsiflər heyəti
Bu veb-sayt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə dəstəyi ilə “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq əməkdaşlıq platforması” layihə çərçivəsində hazırlanmışdır.