GreenTech Karabakh Hakatonu

bimg

GreenTech Karabakh Hakatonu

Haqqında:

Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədləri çərçivəsində Qarabağın dirçəldilməsi və dayanıqlı inkişafı üçün "Qarabağın Tərəqqi Naminə" İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları" layihəsi çərçivəsində “Karabakh GreenTech” hakatonu keçirilib.

Məqsəd:

İşğaldan azad edilmiş bölgələrdə yaşıl texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafa nail olmaq, gənclərin bu sahədəki potensialından yararlanmaq və innovativ ideyaların reallaşdırılmasına dəstək olmaq.

Hakatonun gedişatı:

  • 96 komandadan 300-dən çox gənc müraciət edib.
  • 17 komanda (65-dən çox gənc) hakatonda iştirak hüququ qazanıb.
  • 14 komanda ilkin mərhələdə ideyalarını təqdim edib.
  • Yaşıl texnologiyalar, aqrar texnologiyalar, alternativ enerji və minaların təmizlənməsi sahələrində ideyalar irəli sürülüb.
  • 8 komanda ikinci mərhələyə keçib və ASAN İnnovativ İnkişaf Mərkəzində 24 saat ərzində MVP (Minimum Viable Product) hazırlayıb.
  • 3 komanda qalib elan edildi.

Münsif heyəti:

  • Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi
  • Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi
  • “İnnovasiyalar Mərkəzi” MMC

Nəticə:

Qalib layihələr COP29 konfransı çərçivəsində “Yaşıl Zona”da nümayiş etdiriləcək.

Bu veb-sayt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə dəstəyi ilə “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq əməkdaşlıq platforması” layihə çərçivəsində hazırlanmışdır.