Yaşıl Dialoq: Innovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması

  • Home
  • Projects
  • Yaşıl Dialoq: Innovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması
bimg

Yaşıl Dialoq: Innovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması

Azərbaycanın 2030-cu ilədək qlobal və lokal ekoloji problemlərə qarşı mübarizədə "Yaşıl Artım" ölkəsinə çevrilməsi hədəfini dəstəkləyirik. Su qıtlığı, torpaqların şoranlaşması və meşə örtüyünün azalması kimi təcili problemlərin həlli üçün sosial maarifləndirmə, beynəlxalq əməkdaşlıq və texnoloji innovasiyanın gücündən istifadə edirik.

"Yaşıl Dialoq: Innovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması" platforması 5 moduldan ibarətdir və bütün maraqlı tərəflərin dialoq və əməkdaşlıq üçün mərkəz rolunu oynayır.

Platformanın məqsədi:

  • Əhali, təhsil müəssisələri və biznes sektoru arasında ekoloji şüurun artırılması.
  • Oxşar problemlərlə üzləşən Afrika ölkələrinin təcrübəsindən faydalanmaq.
  • Ekoloji problemlərin həlli üçün innovativ yanaşmaların inkişafına və tətbiqinə şərait yaratmaq.
  • Azərbaycanın bu sahədə qazandığı təcrübə və texnologiyaların qlobal bazarlara çıxarılmasını təmin etmək.


Platformanın Modulları:

  • Maarifləndirmə, Təşviq, Məlumat və Təlim Xidmətləri: Təlimlər, seminarlar və məlumatlandırma kampaniyaları vasitəsilə ekoloji şüurun artırılması.
  • Dəstək Proqramlarından Necə Faydalanmalı: Dövlət və özəl sektorun təklif etdiyi dəstək proqramlarından istifadə qaydalarının izahı.
  • Layihə İnkişafı / İdarəetmə Xidmətləri: Yaşıl layihələrin inkişafı və idarə olunması üçün təlim və məsləhət xidmətləri.
  • Korporasiya və Sahibkarlıq Xidmətləri: Biznesləri ekoloji cəhətdən məsuliyyətli təcrübələrə təşviq etmək və yaşıl texnologiyaların tətbiqini dəstəkləmək.
  • Beynəlxalq əlaqələr və texnologiya transformasiyası: Beynəlxalq təşkilatlar və digər ölkələrlə əməkdaşlıq qurmaq, texnologiya transferini təşviq etmək və Azərbaycanın təcrübəsini dünya ilə paylaşmaq.

Layihə fəaliyyətləri:

  • Maarifləndirmə və təlim: Universitetlərdə təlimlər, xarici səfərlər və yaşıl dialoq forumu.
  • Tədqiqat və inkişaf: Azərbaycanın potensialının və problemlərinin öyrənilməsi, qlobal təcrübənin təhlili və innovativ həllərin axtarışı.
  • Beynəlxalq əməkdaşlıq: Gana və Nigeriyadan QHT nümayəndələri ilə təcrübə mübadiləsi və COP29-da birgə iştirak.
  • "Yaşıl Dialoq" platformasının yaradılması: Bütün maraqlı tərəflərin dialoq və əməkdaşlıq platforması.
  • Təbliğat və təşviq: COP29-da "Yaşıl Dialoq" platformasının təqdimatı. Azərbaycanın təcrübə və texnologiyalarının qlobal bazarlara tanıdılması.


Bu veb-sayt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə dəstəyi ilə “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq əməkdaşlıq platforması” layihə çərçivəsində hazırlanmışdır.