BMU-da “Rebuild Karabakh” hakatonu ilə bağlı infosessiya keçirilib

• Home
• Trainings
• BMU-da “Rebuild Karabakh” hakatonu ilə bağlı infosessiya keçirilib
bimg

BMU-da “Rebuild Karabakh” hakatonu ilə bağlı infosessiya keçirilib

Bakı Mühəndislik Universitetinin Texnoparkının təşkilatçılığı ilə “Ağıllı şəhər, yaşıl gələcək: WUF 2026-a doğru” layihəsi çərçivəsində “Rebuild Karabakh” hakatonuna həsr olunmuş infosessiya keçirilib.

“Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə gənclərin innovativ ideyalarının təşviqini, onların yaradıcılıq potensialının üzə çıxarılmasını və dayanıqlı inkişafa töhfə verməyi hədəfləyir.

İnfosessiya zamanı layihənin ölkədə innovasiya ekosisteminin inkişafına, Qarabağın bərpasına və “ağıllı şəhər” konsepsiyasının tətbiqinə verdiyi əhəmiyyət xüsusi vurğulanıb. Qeyd olunub ki, bu cür təşəbbüslər gənclərin texnoloji bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların sosial məsuliyyət hissini və yaradıcı düşünmə qabiliyyətini gücləndirir.

Tədbirdə layihənin məqsədi, istiqamətləri, mərhələləri və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib, iştirakçılar üçün yaradılan imkanlar, qaliblər üçün nəzərdə tutulan dəstək mexanizmləri və ideyaların “Ağıllı şəhər, yaşıl gələcək” prinsipləri əsasında formalaşdırıldığı platforma təqdim olunub.

Sonda tələbələrin sualları cavablandırılıb, hakatona qoşulma qaydaları və qeydiyyat prosesi barədə əlavə məlumat verilib.

Bu veb-sayt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə dəstəyi ilə “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq əməkdaşlıq platforması” layihə çərçivəsində hazırlanmışdır.