GDU-da “Rebuild Karabakh” hakatonu ilə bağlı tədbir keçirilib

Gəncə Dövlət Universitetində (GDU) tələbələr üçün “Ağıllı şəhər, yaşıl gələcək: WUF 2026-ya doğru” layihəsi çərçivəsində “Rebuild Karabakh” hakatonuna həsr olunmuş infosessiya keçirilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə GDU-nun Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov çıxış edərək layihənin əsas məqsədləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, layihə gənclərin innovativ ideyalarının dəstəklənməsinə, onların texnoloji bacarıq və yaradıcılıq potensialının inkişafına yönəlib və Qarabağın bərpası prosesinə, eləcə də “ağıllı şəhər” konsepsiyalarının tətbiqinə töhfə verəcək.

Daha sonra layihənin rəhbəri Günel Qurbanova və layihə meneceri Fatimə Əzizova çıxış edərək bildiriblər ki, “Ağıllı şəhər, yaşıl gələcək: WUF 2026-ya doğru” layihəsi “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Vurğulanıb ki, hakatonun qalibləri mentor dəstəyi, investorlara çıxış imkanı və WUF13-də iştirak hüququ qazanacaqlar.

Tədbir zamanı GDU tələbələrinin elmi və texnoloji potensialının hakaton üçün önəmi xüsusi qeyd edilib, gənclərin ideya və təşəbbüslərinin Qarabağın innovativ inkişafına töhfə verə biləcəyi diqqətə çatdırılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, hakatona iştirak qaydaları və qeydiyyat prosesi barədə ətraflı məlumat verilib.

Bu veb-sayt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə dəstəyi ilə “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq əməkdaşlıq platforması” layihə çərçivəsində hazırlanmışdır.